Zəngilanda aeroport tikiləcəyi ərazi minalardan təmizlənir (FOTO)


Zəngilanda hava limanının salınması üçün ərazi mianalardan təmizlənir.

Bunu Trend-in Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib.

Onun sözlərinə görə, hazırda da minatəmizləmə əməliyyatları davam etdirilir:

“İlkin olaraq 68 min kvadrametr ərazi minalardan təmizlənib. Bundan əlavə olaraq Zəngilan rayonu üzrə ümumilikdə 3 milyon 530 min kvadratmetr ərazi təmizlənib”.