Yevlaxda avtomobil aşıb, xəsarət alan var


Yevlax şəhərində yol qəzası olub.

"Report"un məlumatına görə, "Lada Priora" markalı minik avtomobili hərəkətdə olarkən anidən qarşısına digər avtomobil çıxıb.

Bu zaman sürücü, Yevlax rayon sakini, 1999-cu il təvəllüdlü Mətləb Hüseynov qəzadan yayınmağa çalışıb, lakin o, idarəetməni itirib və avtomaşınını aşırıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Hüseynov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.