
"Amazon" şirkətinin təsisçisi Ceff Bezosa məxsus "Blue Origin" aerkosmik şirkəti Yerin ətrafında uçuşlar üçün bilet satışına başlayacaq.
Trend-in məlumatına görə, uçuşun detalları, vaxtı və digər məlumatlar bu gün ərzində açıqlanacaq.
Qeyd olunur ki, "Blue Origin" şirkətinin "New Shepard" kosmik gəmisi Yerin ətrafında suborbital uçuş keçirəcək.