Vüsal Kərimli: Paytaxtda piyada zonalarının artırılması planlaşdırılır


Paytaxtda piyada zonalarının artırılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli VI “Qlobal Yol Təhlükəsizliyi Həftəsi”nin açılışında deyib.

O bildirib ki, keçən il 22 orta məktəbin ətrafında piyadaların təhlükəsizliyi məqsədilə tədbirlər görülüb. Nəticədə 35 mindən çox şagird, təhsil işçilərinin təhlükəsizliyi təmin olunub. Şəhərin mərkəzi hissəsində təxminən 49 min 800 kvadratmetr piyada zonası mövcuddur. Daha 15 min 300 kvadratmetr sahənin tamamilə piyada zonası edilməsi, həmçinin 10 min 40 kvadratmetr ərazidə piyadaların üstünlüyü olan zonaların yaradılması planlaşdırılır. Bununla bağlı layihələr müvafiq qurumlara göndərilib. Piyadala zonalarının yaradılması Bakının Baş Planına da daxil edilib.