Təhsil Nazirliyi valideynlərə çağırış edib


Təhsil Nazirliyi valideynləri rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə müdaxilə etməməyə çağırıb.

Muğan TV xəbər verir ki, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov validenylərin müsahibələr zamanı uşaqlara kömək etməməsini məsləhət görüb.

“Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”, - o deyib.