Türkiyəli iş adamlarının Xaçmaza marağı artıb (FOTO)

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyəti Xaçmaz rayonuna səfər edib.

Trend-in məlumatına görə, tanışlıq xarakteri daşıyan səfər zamanı Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyəti ilə İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Milli Məclisin deputatı Sevil Mikayılova arasında görüş olub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qonaqlara Xaçmazın potensial imkanları və sosial iqtisadi uğurları barədə ətraflı məlumat verib.

Bildirib ki, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanları olan rayonda bağçılığa maraq böyükdür. Son illər rayonda intensiv bağ sahələrinin salınması sürətləndirilib. Xaçmaz rayonunun 70 kilometr ərazisi dəniz sərhədindən keçir. Bu isə dənizkənarı ərazilərdə turizmin inkişafı üçün əlverişli imkanlardan xəbər verir.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyətinin üzvləri Xaçmazla tanışlıqda maraqlı olduqlarını və yerli iş adamları ilə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Millət vəkili Sevil Mikayılova da iş adamları arasında qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətini yüksək qiymətləndirib və bu birliyin iki dövlət, bir millət olan xalqlarımız üçün əhəmiyyətli olduğunu deyib.

Görüşün sonunda türkiyəli qonaqlar tərəfindən Xaçmaz rayon İcra HakimiyyətininMüstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyəti Xaçmaz rayonuna səfər edib.