Suraxanı rayonunda baş verən qəzada iki nəfər həlak olub


Aprelin 23-də saat 2 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Nəbiyevin idarə etdiyi “BMW” və Kəlbəcər rayon sakini Rövşən Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə R.Quliyev və sərnişini M.Məmmədova hadisə yerində həlak olub, digər sürücü və 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.