Sankt-Peterburqda MDB PA-nın 52-ci plenar iclası keçirilir


Bu gün Sankt-Peterburqdakı Tavrida sarayında MDB Parlamentlərarası Assambleyasının (PA) 52-ci plenar iclası keçirilir.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsi və bu prosesdə MDB-yə üzv dövlətlərin parlamentlərinin rolu iclasın əsas mövzusu olacaq.

İclas çərçivəsində MDB PA-ya üzv dövlətlərin parlamentlərinin və müvafiq Avropa təşkilatlarının rəhbərləri, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Bürosunun, Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa Regional Ofisinin nümayəndələri çıxış edəcəklər.

İclas zamanı assambleya tərəfindən hazırlanmış Miqrasiya Məcəlləsi müzakirə olunacaq.