Səmayə Məmmədova yeni vəzifəyə təyin olundu


Gənclər və İdman Nazirliyinin sabiq mətbuat katibi Səmayə Məmmədova yeni vəzifəyə təyinat alıb.

Muğan TV -nin xəbərinə görə, bu barədə o, özünün "Facebook” səhifəsində məlumat verib.

S. Məmmədova bundan sonra Bakı Nəqliyyat Agentliyində (BNA) PR məsələlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, S. Məmmədova gənclər və idman naziri Azad Rəhimovun vəfatından sonra öz istəyi ilə tutduğu vəzifədən ayrılmışdı.