"Qaz idarəsinin rəhbərliyi məndən 1500 manat pul istəyib"- Video


“İşləmirəm, aylıq gəlirim də yoxdur və dövlətin verdiyi təqaüdlə dolanıram. Hər iki qulağım da eşitmir. İmkanım olmadığından dərmanlarımı da ala bilmirəm. Üç övladım var, oğlum birinci qrup əlildir. Evimə qaz çəkilməsini istəyirəm, amma qaz idarəsinin rəhbərliyi məndən 1500 manat pul istəyib”.


Bu sözləri Muğan TV-yə müsahibəsində Sabirabad rayon kənd sakini Əli Əliyev bildirib. Şikayətçi deyir ki, imkanım olmadığı üçün həmin pulu ödəyə bilmirəm. Onun yeganə istəyi evinə qaz çəkilməsidir.


Şikayətçi onu da deyir ki, evində qaz olmadığından qohum evində yaşayır. Aidiyyatı qurumlardan kömək istəsə də, şikayətinə baxılmır.O həm də nitq qüsurludur.