Qardaşının evindən oğurluq edən şəxs saxlanıldı



Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.\


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.




\