Qəbul imtahanının nəticələri BU TARİXDƏ elan olunacaq


Dövlət İmtahan Mərkəzi tərəfindən 15 iyulda keçirilən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.

DİM-dən verilən məlumata görə, iyulun 16-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.