Prezidentdən Elman Bayramovla bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Elman Bayram oğlu Bayramovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Muğan TV xəbər verir ki, sərəncama əsasən, E.Bayramov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.