“PASHA Holding” 3 yeni şirkət yaratdı


Ölkənin ən iri holdinqlərindən biri “PASHA Holding” MMC üç yeni şirkətini yaradılıb. Bir neçə il müddətdən sonra, şirkətlər üçü də holdinqin brendi olan “PAŞA” ilə yaradılmışdır.

Muğan TV xəbər verir ki, bunlar, “PAŞA Malls” Məhdud Məsuliyyətli Cəmiyyət, “PAŞA Facility Management” Məhdud Məsuliyyətli Cəmiyyəti və “PAŞA Management Company” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Hər üç şirkət eyni nizamnamə kapitalı – 100 manatla, holdinqlə eyni ünvanda Bakı Şəhəri Nəsimi Rayonu, Neftçilər pr., ev 153-də dövlət qeydiyyatına alınıb.

“PAŞA Malls” MMC və “PAŞA Facility Management” MMC-nin Baş direktoru Samir Məmmədov Teymur oğludur.

“PAŞA Management Company” MMC-nin Baş direktoru isə “PASHA Holdig”in rəhbəri (CEO) olan Cəlal Qasımov Ələkbər oğludur.

“PASHA Holding” hazırda Azərbaycanda bankçılıq (Türkiyə və Gürcüstanda da), sığorta, investisiya (brokerlik), səyahət (turizm), inşaat, texnologiya və ekosistem kimi sahələrdə fəaliyyət göstərir.