Palçıq Vulkanları Turizm Kompleksinə medaitur təşkil edilib


Bu gün Dövlət Turizm Agentliyi yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonunun Qobustan kəndindəki “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə mediatur təşkil edib.

"Report" xəbər verir ki, mediaturun məqsədi ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduqları Palçıq Vulkanları Turizm Kompleksi barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova turizm kompleksinin missiyası və gələcəkdə nəzərdə tutulan planlar haqda ətraflı məlumat verib, sualları cavablandırıb.