Naxçıvanda Toxumçuluq Mərkəzi yaradılıb, direktor təyin edilib


Naxçıvan Muxtar Respublikasında “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

Muğan TV "Report" a istinadən xəbər verir ki, bununla bağlı Ali Məclisin Sədri Vasif Talıbov Fərman imzalayıb.

Belə ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

Ali Məclis sədrinin sərəncamı ilə Əbülfət Bayram oğlu Əhmədov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilib.