Misirdə yol qəzasında 20 nəfər həyatını itirib


Misirin cənub-şərqində, paytaxt Qahirədən 370 kilometr aralıda yerləşən Asyut-Qırmızı dəniz magistral yolunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 20 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, Asyut vilayətinin qubernatoru jurnalistlərə hadisə yerinə 36 təcili tibbi yardım maşını göndərildiyi, yaralıların xəstəxanaya çatdırıldığı barədə məlumat verib. O qeyd edib ki, yük maşını ilə toqquşan avtobusda ani yanğın baş verib və sərnişinlər yanaraq ölüblər. Alovlanan nəqliyyat vasitəsindən 4 nəfəri xilas etmək mümkün olub.

Hadisə yerində araşdırma aparan vilayətin polis rəisi bildirib ki, qəzanın səbəbinin yük maşınının sürücüsünün qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmasıdır.