Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb – VİDEO


Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb.

“Muğan TV” CNN telekanalına istinadən xəbər verir ki, ölənlər arasında uşaqlar da var.

Ən azı 70 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti ağırdır.

Mexiko meri Klaudiya Şeynbaum Pardo bildirib ki, sağ qalanlardan biri dağıntılar altından qurtarılıb və hazırda dağıntılar altında heç kəs yoxdur.