
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.
Muğan TV- nin əldə etdiyi məlumata görə, onun köhnə vəzifəsi isə Fəda Abbasova həvalə olunub.
Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.