"Kəndçiyəm mənim torpağım olmalıdır" - Vətəndaşın məşğulluqdan şikayəti- VİDEO


“Birinci vətən müharibəsinin veteranıyam. İş qabiliyyətimi itirdiyim üçün günə muzdlu işləyirəm. Bununla əlaqədar məşğulluğa dəfələrlə müraciət etsəm də şikayətimə baxılmır. Şikayətçi heyvandarlıqla məşğul olmaq üçün məşğulluq idarəsindən torpaq sahəsinin verilməsini istəyir. Rəsmi sənədləri olmasına baxmayaraq müraciətləri boş qalıb”.

Bu sözləri Muğan TV-yə müsahibəsində Sabirabad rayon Şəhriyar kənd sakini Arif Tətixan oğlu Mirzəyev deyib. Bununla bağlı icraya müraciət etsə də, cavabında məğulluğun sizi qeydiyyata alındığını bildiriblər. O deyir ki, məşğulluq məni qeydiyyata alsaydı, mənə cavab gələrdi. Adıma iki hektar torpaq yazıblar. Lakin mənə heç bir torpaq payı ayrılmayıb. Mən onlara yenidən müraciət etsəm də, torpağın olmadığını deyiblər. Üç ildi müraciətimə baxılmır”.

Şikayətçi bildirib ki, imkansızlıqdan əziyyət çəkir və üç ildi sənədlərinə baxılmır. Dövlətimiz məşğulluğu yaradıb amma baxan yoxdu – deyə kanalımıza bildirdi.