İraqın şimalında Türkiyənin iki hərbçisi şəhid olub


Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi "Pençe-Yıldırım" antiterror əməliyyatının 7-ci günü 2 hərbçi şəhid olub.

Muğan TV xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, terrorçuların tankəleyhinə silahla hücumu nəticəsində bir türk hərbçisi şəhid olub. Nazirlik bildirib ki, digər hərbçi isə helikopterin sərt düşməsi nəticəsində şəhid olub.