İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı


Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

"Muğan TV" xəbər verir ki, bununla bağlı Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.

Qeyd edək ki, X.Bayramova 2019-cu ilin aprelində intihar edən şagird Elina Hacıyeva "işi”ndə adı hallanan şəxslərdən biri olub.