İcra başçısı və müavini kənd sakinindən 30 min manat təzminat istəyirlər – AÇIQLAMA – VİDEO


“Sosial şəbəkədə icra başçısını təhqir etdiyim üçün məhkəməyə verilmişəm. Buna sübut olaraq sosial şəbəkədə yayımlanan həmin müsahibəmdə heç bir təhqirə yol verilməyib və bu qeyri-qanunidir. Buna görə Sabirabad rayon icra başçısı və icranın birinci müavini Həsən Həsənov məni məhkəməyə verib. Qarşılığında isə məndən 30 min manat təzminat istəyiblər. Bu səbəbdən də mən ümidimi cənab Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya bağlamışam”.

Bu sözləri Muğan TV-yə müsahibəsində Sabirabad rayon Şəhriyar kənd sakini Rauf Güloğlan oğlu Həsənov deyib. O, məhkəmənin ədalətli qərar verməsini istəyir:

“Məhkəmədə mənim torpaqla təmin olunduğumu və guya dövlət qulluqçularına şər atdığımı bildiriblər. Ailə vəziyyətinin ağır olduğu üçün məcburam ki, imkansızlıqdan övladlarımı Uşaq Evinə yerləşdirim”.

R.Həsənovun iddialarına aydınlıq gətirmək üçün Sabirabad rayon İcra Hakimiyyətinin birinici müavini Həsən Həsənov şikayətçinin məsələsi ilə bağlı Muğan TV-yə açıqlama verib. O, qeyd edib ki, Rauf Həsənov onlara qarşı sosial şəbəkədə təhqiramiz ifadələr işlədib:

“Buna görə də mən məhkəməyə müraciət etmişəm. Məhkəmədə isə işə baxış olub və yenidən ikinci məhkəmə prosesi baş tutacaq”.

Muğan TV