Hikmət Hacıyev qazaxıstanlı nazir müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib


Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

“Report” Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkənin KİV sahəsində əməkdaşlığı məsələlərini müzakirə ediblər.

A.Oralov Nur-Sultan şəhərindəki Media mərkəzinin işi, yeni “Turkistan” televiziya kanalının işə salınması və bu sahədə digər layihələr haqqında ətraflı danışıb. Tərəflər türk dövlətlərinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanışlıq məqsədilə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüş Türk Şurasına üzv ölkələrin informasiya və media sahəsindəki dövlət qurumlarının rəhbərlərinin konfransı çərçivəsində baş tutub.

başçısı Elnur Rzayevə simvolik olaraq xatirə hədiyyəsi təqdim edilib.