Həyatımızın tarixində əlamətdar gündür - Prezident


“Bu gün həyatımızın tarixində əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.

Muğan TV-nin xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”, - Prezident vurğulayıb.

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.