Gürcüstan pandemiyanın dördüncü dalğasına hazırlaşır


"Gürcüstan çətin vəziyyətlə üz-üzədir, çox güman ki, pandemiyanın dördüncü dalğasına daxil ola bilərik".

Muğan tv "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

O bildirib ki, ölkədə epidemioloji vəziyyət getdikcə pisləşir:

"Milli Mərkəz Koordinasiya Şurasına vaksinasiyanın intensivləşdirilməsi, testlənmənin daha da genişləndirilməsi və mövcud qayda və məhdudiyətlərə tam əməl edilməsi ilə bağlı tövsiyələr təqdim edib".