
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Muğan TV-nın məlumatına görə, rayon ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə 1983-cü il təvəllüdlü Asiman Səmədov və daha bir nəfər xəsarət alıb.
A.Səmədovun xəsarəti daha ciddi olduğundan xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.