Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarılıb


Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı vəzifəsindən azad edib.

“Muğan TV” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

O, baş nazir Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarılıb.

K.Abramyan 2020-ci ilin fevralına qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” olub. Həmin ilin iyununda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib.