Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 874 mindən çox artıb.

Muğan Tv- nin "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 874 381 nəfər yeni koronavirusa yoluxub, 14 033 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 143 445 675, ölənlərin isə 3 051 736 nəfərə çatıb.