Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ


Mayın 10-dan etibarən bütün ölkə üzrə yaşı 18-dən yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər.

Muğan TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, cəmiyyət məsuliyyətlilik prinsipinə uyğun olaraq hamılıqla vaksinasiyaya qatılmalıdır:


"Hər bir vətəndaşı vaksin olunmağa çağırıram".