Bu küçə və prospektlərdə sıxlıq var


Hazırda Bakının Heydər Əliyev prospektinin hava limanı istiqamətində ("Koroğlu" metro stansiyasının qarşısında) və kənar yolunun şəhər istiqamətində, eləcə də Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahdiə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, daha çox sıxlıq "Böyük Şor" qovşağının üstündə və R.Behbudov küçəsində müşahidə olunur.