Britaniyada vaksin olunanların sayı 50 milyona çatıb


Britaniyada koronavirusa qarşı peyvənd olunanların sayı 50 milyona çatıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniyanın səhiyyə naziri Matt Hankok bildirib.

M. Hankok 50 milyonuncu insanın peyvənd olunmasının səhiyyənin böyük nailiyyəti olduğunu qeyd edib. O, peyvəndlərin həyat qurtardığını və normal yaşayışa qayıtmaq üçün çox vacib olduğunu bildirib. Nazir hamını peyvənd olunmağa çağırıb.