Bizim 28 illik zəhmətimizi 10 aya satdılar


“Allahyarov Ceyhun Qüdrət oğlu “Qara su” əməliyyat şirkətində 2003 – cü ilin 15 sentyabrından işləyirəm. İşlədiyim həmin şirkətin içində şirkət yaratsalar da eyni işləri görmüşük. Yalnız sənəd olaraq adlar dəyişilib. Üç övladım var. Heç yerdən işə qəbul etmirlər”.

Digər şikayətçilər isə bildirirlər ki, bizə haqsızlıq ediblər. Müqaviləmiz bitmədən yerimizə işçilər götürüblər.

İşimizlə bağlı aidiyyatı qurumlara məktub da vermişik. Lakin cavabında “bizə məktub çatmayıb”- deyə bildiriblər.

İşsizlikdən şikayət edən Şirvan sakini deyir ki, işçilər iş yerində ola-ola ona məlumat verilmədən işçinin əmək kitabçası yazılır, amma əmək haqqısı hesablanmır. Fəhlələrə xəbərdarlıq etmədən işdən xaric edirlər. Bu çox böyük haqsızlıq və özbaşınalıqdı.


Bu sözləri Muğan TV-yə müsahibəsində Şirvan şəhər sakinləri şikayətlərində bildiriblər.