Belarus prezidenti Moskvaya səfər edəcək


Belarus Prezidenti Aleksandr Lukaşenko bu ilin aprelində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Belarus” yayıb.

Bildirilib ki, aprelin 16-da Aleksandr Lukaşenko Minskdə Rusiyanın baş naziri Mixail Mişustinlə ikitərəfli görüşün gündəliyini müzakirə edib.

“Biz Putinlə bir çox məsələlər üzrə iş qrafiki barədə razılığa gəlmişik. Təxminən aprelin 22-də Moskvada onunla görüşəcəyik. Bu və başqa problemlərin müzakirəsi ilə bağlı çox ciddi görüş olacaq”, - o deyib.