Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb - VİDEO


Muğan TV Trend-ə istinadən bildirir ki, hadisə Səbayil rayonu Salyan yolu 22 ünvanında qeydə alınıb. Güclü külək hərəkətdə olan motosikleti aşırdıb.

Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.