Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Hərbi Qənimətlər Parkını ziyarət ediblər


Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) bir qrup idman federasiyaların, idmançıların, İdman könüllülərin iştirakı ilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı idman ictimaiyyətinin nümayəndələrinə Ali Baş Komandanımızın tapşırığı əsasında tikilən park haqqında məlumat, rəşadətli ordumuzun döyüşləri haqqında bilgi, Hərbi Qənimətlər Parkında nümayiş etdirilən hərbi texnika haqqında məlumatlar verilib.

İdmançıların, idman ictimaiyyətinin böyük marağına səbəb olan parkda ziyarət zamanı hərbi vətənpərvərlik şüarları səsləndirilib və idman ictimaiyyəti Prezidentin ətrafında sıx birləşərək bundan sonra da müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında hazır olduğunu bildiriblər.