"Bəzi ölkələr İsraillə tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır"


"Bizim münasibətlərimiz təkcə sözdə deyil, əməli işdə də strateji münasibətlərdir. Biz bir-birimizi anlayırıq. Mənim fikrimcə, bu münasibətlərin əsasını xalqlarımız arasında əlaqə təşkil edir".

Muğan Tv-nin xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yer alıb.

O bildirib ki, İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır: "Azərbaycan ilə sabit yaxşı münasibətlər bütün dünyada yəhudi xalqının mənafeyinə uyğundur, lakin bəzi ölkələr bizim tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır".