Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı


Aprelin 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 871 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6711, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9160 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 456 min 114-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 953 min 545, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 502 min 569 nəfərdir.