Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Muğan TV-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, 29 456 aktiv xəstə sayı nəfərdir.