Azərbaycanda maskadan istifadə dünya üzrə orta göstəricini üstələyir


Azərbaycanda qoruyucu maskadan hazırkı istifadə fəallığı 75 % təşkil edir.

“Muğan TV” nin yerli bürosu xəbər verir ki, bu göstərici ABŞ-ın Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (IHME) hesabatında əks olunub.

Gürcüstan və Ermənistan maskadan istifadə göstəricisinə görə Azərbaycandan geridə qalıb. Belə ki, Gürcüstan sakinləri arasında fərdi qoruyucu vasitədən istifadə fəallığı 60 %, Ermənistanda isə 45 %-dir.

Digər qonşu ölkələrə gəlincə, Türkiyədə bu göstərici 85 %, Rusiyada 45 %, İranda isə 54 %-ə bərabərdir.

Sənəddə dünyada maskadan istifadə üzrə orta göstəricinin 65 % olduğu qeyd olunub.