Azərbaycanda koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb


Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb, 133 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 337 min 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 873 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib. Aktiv xəstə sayı 1595 nəfərdir. Ötən müddət ərzində 3 milyon 867 min 916 test aparılıb. Bugünkü test sayı isə 9365-dir.