Azərbaycanda ipoteka ilə bağlı qanunvericiliyə dəyişiklik edilir


Azərbaycanda hərracın baş tutmaması ilə bağlı qaydalara dəyişiklik olunur.

Muğan TV-nin xəbərinə görə, bununla bağlı “İpoteka haqqında” qanuna dəyişiklik edilir.

Dəyişiklik layihəsinə əsasən, qanuna yeni 43.7-1-ci maddə əlavə olunur. Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 30-da keçiriləcək iclasında müzakirə olunacaq.