Azərbaycanda geniş pul kütləsinin həcmi martda 3%-ə yaxın artıb


Bu il aprelin 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 mlrd 299,5 mln manat təşkil edib.

Muğan Tv Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, martın 1-i ilə müqayisədə 2,5%, ilin əvvəli ilə müqayisədə 0,4%, ötən il aprelin 1-nə nisbətən isə 9,6% çoxdur.

Martın sonuna manatla geniş pul kütləsinin həcmi 20 mlrd 319,9 mln manat təşkil edib. Bu isə aylıq müqayisədə 3,7%, ilin əvvəli ilə müqayisədə 0,07%, ötən ilin martın sonuna nisbətən isə 23,6% çoxdur.