Azərbaycan Ermənistanda hərbi əməliyyatlara başlaya bilər - Türkiyəli politoloq - ÖZƏL


"Azərbaycan artıq həqiqətən güclü bir dövlətdir"

Bunu Milli.Az-a açıqlamasında Orta Şərq, Avrasiya və Asiya-Sakit Okean Platforması rəhbəri Ali Semin deyib.

Türkiyəli politoloq bildirib ki, Azərbaycan Ermənistana qarşı kiçik həcmli əməliyyatlara başlaya bilər:

"Azərbaycan Cənubi Qafqazda Rusiya üçün çox yaxşı bir tərəfdaşdır. Əks halda Azərbaycanın beynəlxalq diplomatiya baxımından olsun, iş birlikləri və müdafiə gücü, hərbi gücü olaraq da artıq köhnə Azərbaycan kimi olmadığını qəbul edəriksə, Rusiya da bunun fərqində olacaq. Rusiya bilir ki, əgər Cənubi Qafqazda Azərbaycanı itirərsə, buraya Qərbi Avropa ölkələri, ABŞ, Çin yerləşəcək və işi daha da çətinləşəcək. Ona görə də Azərbaycan əslində indiki Cənubi Qafqazda bir balanslaşdırma amilidir. Bu səbəbdən Ermənistanın atdığı təxribat addımlarına Rusiya hər dəfə göz yummuş olsa da, artıq Azərbaycanı itirmək istəmir.

Mənə qalsa, Azərbaycan təzədən münaqişəyə girməyib, amma zaman-zaman erməni silahlılarının atəşkəsi pozacağı halda Ermənistana qarşı daha kiçik həcmli əməliyyatlara başlaya bilər. Amma Azərbaycan sülhün də təmin edilməsini istəyir. Hətta bunu Rusiya da çox istəyir. Çünki əgər Rusiya olmasaydı, bu gün Azərbaycan bütün işğal edilmiş torpaqlarına qovuşmuş olacaqdı. Buna görə, Ermənistanın təxribat cəhdlərinə Azərbaycan artıqlaması ilə cavab verəcək gücdədir. Amma Rusiya, beynəlxalq faktor və Cənubi Qafqazdakı yeni reallıq çox önəmlidir. Önümüzdəki vaxtlarda da ermənilər təxribatlar törədə bilərlər. Amma Ermənistan bunu anlayır ki, Azərbaycanla qarşı-qarşıya gələ bilməz, buna gücü də çatmaz. Ona görə indi bu təxribatları Rusiyaya sığınaraq edirlər".