Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlara müraciət edib


Respublikanın küçə və yollarında qarşılaşdığınız hər hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “e-mail” ünvanına (“muraciet@aayda.gov.az”) və ya sosial şəbəkə hesabları vasitəsilə (inbox) müraciət etməyiniz xahiş olunur.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə qurumun vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, göndərilən müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video materialları əlavə edilməlidir.

Küçə və yollarda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll edilməsi üçün vətəndaşların şikayət və təkliflərini bildirməsi olduqca vacibdir.