Aronyan Dünya Kubokundan kənarda qaldı



Ermənistan şahmatçısı Levon Aronyan Rusiyanın Soçi şəhərində davam edən Dünya Kubokundan imtina edib.

"Muğan TV" xəbər verir ki, bu barədə 39 yaşlı qrossmeyster özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, səhhətindəki problemə görə yarışda iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Aronyanın koronavirusa yoluxduğu ehtimal olunur.