Arif Quliyev Yasamal qəbiristanlığında dəfn olunacaq


Bu gecə vəfat edən Xalq artisti Arif Quliyev Yasamal qəbirstanlığında dəfn olunacaq.

Muğan TV xəbər verir ki, hazırda mərhumla vida mərasimi keçirilir. Mərasimdə sənətkarın yaxınları işitrak edirlər.

Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi, süni tənəffüs aparatına qoşulmuşdu.