Alimlər: "Poliomielit əleyhinə vaksin COVID-19-dan qoruyur"


Poliomielit əleyhinə “canlı” vaksin COVID-19 xəstəliyinin qarşısını ala bilər.

“Report” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının M.Çumakov adına Mərkəzin mütəxəssisləri təcrübə yolu ilə sübut ediblər.

Qeyd edək ki, poliomielit sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. “Canlı” vaksin isə tərkibində zəifləmiş canlı poliovirus olan peyvənddir.

M.Çumakov adına Mərkəzin baş direktoru Aydar İşmuxametov "Russia 1" telekanalının efirində deyib ki, təxminən, 60 könüllüyə poliomielit əleyhinə “canlı” vaksin vurulub və nəticədə bu qrupda yolxumalarda kəskin azalma əldə edilib.

Sovet virusoloqu, akademik Mixail Çumakov hələ keçən əsrin 60-cı illərində poliomielit əleyhinə “canlı” vaksinin qripin gedişatını mülayimləşdirə biləcəyi fikrini irəli sürüb.