ABŞ səfiri: "Yaxın həftələrdə Moskvaya qayıdacağam"


ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan məsləhətləşmə üçün Vaşinqtona yola düşdüyünü, yaxın həftələrdə isə Moskvaya qayıdacağını bildirib.

“Muğan TV-İ” TASS-a istinadən xəbər verir ki, diplomat bu həftə Vaşinqtona gedəcək.

“Fikrimcə, Vaşinqtonda Cozef Bayden administrasiyasındakı yeni həmkarlarımla ABŞ və Rusiya arasındakı ikitərəfli münasibətlərin indiki vəziyyəti barədə birbaşa danışmağım vacibdir”, - Con Sallivan deyib.