ABŞ-ın İraqdakı hərbi bazası raket atəşinə tutulub


ABŞ-ın İraqın paytaxtı Bağdad aeroportu yaxınlığında yerləşən hərbi bazası raket atəşinə tutulub.

AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, hərbi bazada quraşdırılan hava hücumundan müdafiə sistemi səmərəsiz olduğu üçün raketləri zərərsizləşdirə bilməyib.

“Tasnim” xəbər agentliyinin Bağdad müxbirinin reportajında bildirilib ki, atılan 10 raketdən 3-ü hərbi bazaya düşüb. Hadisədən dərhal sonra ABŞ hərbçiləri yolları bağlayıb və hərbi hissəyə heç kimi buraxmayıblar. Hələlik ölən və yaralananlar barəsində məlumat yoxdur.